Son 24 saat ərzində Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinə məxsus rekord sayda təyyarə Tayvana yaxınlaşıb...
Poliqon xəbər verir ki, bu barədə martın 18-də Tayvan Müdafiə Nazirliyinin X sosial şəbəkə səhifəsindəki mesajında bildirilib. Mesajda qeyd edilir ki, təyyarələrin ümumi sayı 59 vahid təşkil edib.
Bu hava armadasından 43 təyyarə Tayvan boğazının median xəttini keçib. Üstəlik, Çin hava qüvvələrinin uçuşudörd tərəfdə qeydə alınıb.
Bundan əlavə, Tayvan silahlı qüvvələri iki Çin kəşfiyyat balonunu aşkar edib və Çin Hərbi Dəniz Qüvvələrinə məxsus doqquz gəminin keçidini qeydə alıb.
Poliqon.info