AZ

“Moskviçtexxidmət”ASC səhmdarlarına dividend verəcək - TOPLANTI

3 may 2025-ci il saat 10.00-da  “Moskviçtexxidmət”ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Sumqayıt şossesi, 4 nömrəli ünvanda baş tuacaq.

Gündəlikdəki məsələlər aşağıdalılardır:

 1. Cəmiyyətin 2024-cü ilə aid maliyyə- təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi.

2. Dividendlərin verilməsi .

3. Digər məsələlər.

Ümumi yığıncağın gündəliyinə aid məsələlərlə bağlı cəmiyyətə müraciət etmək olar.

Seçilən
39
1
fed.az

2Mənbələr