AZ

Ruanda ilə Belçika arasında gərginlik böyüyür - Bütün diplomatlar qovulur

Ruanda hökuməti Konqo Demokratik Respublikasında üsyançılaır dəstəklədiyi üçün davamlı olaraq Belçikanın təzyiqləri ilə üzləşdiklərini qəzəblə qarşılayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ruanda Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Qeyd edilib ki, bu səbəbdən Belçika ölkələrinə qarşı davamlı yanlış siyasət sərgiləyir: "Bu və ya digər səbəbdən Belçika ilə bütün diplomatik əlaqələrə son verilir. Belçika həm Ruanda, həm də regionda sabitliyi pozmağa çalışan hərəkətindən nə vaxta qədər əl çəkməyəcəksə, əlaqələr bərpa olunmayacaq"

Bəyanatda daha sonra Belçika diplomatlarına 48 saat vaxt verilib: "48 saata bütün dfiplomatları ölkəmizdən çıxmalıdırlar".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
184
mia.az

1Mənbələr