HƏMAS bildirib ki, Netanyahu və "Nasist-sionist işğal rejimi" ən azı 232 nəfərin ölümünə səbəb olan müdafiəsiz Qəzza dinc sakinlərinə “məkrli” hücumlara görə məsuliyyət daşıyır...
Poliqon xəbəbr verir ki, HƏMAS-ın bəyanatı barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“Netanyahu və onun ekstremist hökuməti atəşkəs razılaşmasını ləğv edərək Qəzzada girovları naməlum aqibətlə üz-üzə qoyur”, deyə HƏMAS-ın sosial mediada yayımlanan bəyanatında bildirilib.
HƏMAS atəşkəs vasitəçilərindən İsraili məsuliyyətə cəlb etməyə, Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatını (İƏT) fələstinlilərə dəstək verməyə, BMT Təhlükəsizlik Şurasını təcili iclas keçirərək İsraili “təcavüzü dayandırmağa” məcbur edən qətnamə qəbul etməyə çağırıb. HƏMAS ərəb və islam ölkələrini, eləcə də “azad dünya”nı İsrailin Qəzzaya dağıdıcı hücumuna etiraz etmək üçün küçələrə çıxmağa çağırır.
İsrailin baş naziri Benyamin Netanyahu isə öz növbəsində orduya Qəzza zolağında HƏMAS-a qarşı “sərt addımlar” atmaq əmri verdiyini, qrupu girovları azad etməkdən imtina etməkdə və İsrailin atəşkəs təkliflərini qəbul etməkdən imtina etməkdə ittiham etdiyini bildirib.
“İsrail indi HƏMAS-a qarşı artan hərbi gücü ilə hərəkət edəcək”, - baş nazirin ofisinin bəyanatında deyilir.
Poliqon.info