AZ

Bərdədə qadın doğuşdan sonra ölüb

Bərdə. Trend:

Bərdədə doğuşdan sonra 28 yaşlı ana ölüb, uşaq sağ qalıb.

Trend-inyerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə gecə saatlarındaBərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evi şöbəsində başverib.

Belə ki, Bərdə rayon sakini,ş 1997-ci il təvəllüdlü QaçaylıFüruzə Şakir qızı kəskin ağrılarla xəstəxanaya müraciət edib.

Doğum Evinin baş həkimi Tünzalə Bəşirova Trend-ə məsələ barədəaçıqlama verib:

"F.Qaçaylı xəstəxanaya daxil olarkən bildirib ki, ona saat 22:00da kəndlərində sistem köçürülüb. Sistem bitməmiş böyrəklərindəgüclü ağrıları yaranıb. Kəskin ağrılar zamanı hadisə yerinə təcilitibbi yardım əməkdaşları gələrək ona ağrıkəsici kimi istifadəolunan "Platfilin" iynəsi vurulub.

Daha sonra onu xəstəxanaya gətiriblər. Yaranmış vəziyyətlə bağlıonda güclü ürək bulanması yarandığından əməliyyata götürülüb. Doğuşəməliyyatına götürülən qadın 37 həftəlik hamiləlik dövründə olub vəəməliyyat normal keçib. Sonradan halı pisləşən F.Qaçaylı həyatınıitirib, doğulan oğlan uşağı isə sağdır".

Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.

Məqalədə:
Seçilən
14
10
az.trend.az

10Mənbələr