AZ

İcra başçısı vətəndaşlarla görüş keçirib/FOTO

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla mart ayının sonuncu görüşü keçirilib.

 Görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, yaşayış massivindəki küçələrdən və fərdi evlərdən gələn sakinlər, Mingəçevir  Bələdiyyəsinin, idarələrin, kommunal xidmət müəssisələrinin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər. 

Çıxış edən sakinlər həyata keçirilən abadlıq-quruculuq işlərinə görə ölkə Prezidentinə, şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək, problemlərdən danışıblar. Sakinlər əsasən yaşadıqları binaların qarşısında oturacaqların olmasını istəyiblər. Digər çıxış edən  sakinlər şəhərdə polis əməkdaşları tərəfindən  sabitliyin etibarlı qorunmasından söz açıblar. Ekologiya.az


Seçilən
135
ekologiya.az

1Mənbələr