Şagirdlərin qeydiyyat prosesini daha da əlçatan etmək üçün "Milli Hakaton" çərçivəsində ölkə üzrə 147 mərkəz fəaliyyət göstərir.
"Məktəblilərarası Milli Hakaton” üçün qeydiyyat sabah başa çatır.
Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Şagirdlərin qeydiyyat prosesini daha da əlçatan etmək üçün "Milli Hakaton" çərçivəsində ölkə üzrə 147 mərkəz fəaliyyət göstərir. Məktəblilər təyin olunmuş mərkəzlərə gələrək rahatlıqla qeydiyyatdan keçə bilərlər.
Regionlar üzrə mərkəzlərin siyahısını təqdim edirik.