AZ

Dənizkənarı Bulvar İdarəsinin kotirovka sorğusu ləğv edildi

“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsin “Karnaval” attraksionlarında defektoskopiya, ölçü işləri, sınaq və yoxlamaların aparılması xidmətləri ilə bağlı elan etdiyi kotirovka sorğusu ləğv edilib.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

 

Buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

 

Kotirovka sorğusunun ümumi dəyəri 16 815 AZN olub.

 

Cabir Həsənov

Tarix: 18 Mart 2025, 09:59   
Seçilən
22
pravda.az

1Mənbələr