AZ

Karlson Rusiyanı "yanacaqdoldurma məntəqəsi" sayanları axmaq adlandırdı - VİDEO

AzVision.az xəbər verir ki, bu fikri məşhur amerikalı jurnalist Taker Karlson RT-nin aparıcısı Rik Sançesə müsahibəsində deyib.

Karlson:“Bayden hakimiyyəti Putini öldürmək istəyirdi” - VİDEO
"Siz ciddisiniz? Siz ümumiyyətlə Tolstoyu oxumusunuzmu? Rusiyada nə vaxtsa olmusunuzmu?",-o, aparıcının sualına cavab verərkən deyib.

Karlson ABŞ da daxil olmaqla, Rusiyanı “nüvə silahı olan yanacaqdoldurma məntəqəsi” hesab edən siyasi qüvvələr haqqında müsbət fikirlər sələndirməyib.
Amerikalı jurnalist xatırladıb ki, senator Con Makkeyn də Rusiya haqqında belə düşünənlərdəndir.

Bundan əvvəl Karlson son 25 ildə Rusiyada həyat səviyyəsinin yaxşılaşmasından danışmışdı. Taker vurğulayıb ki, Rusiya indi 25 il əvvəlkindən daha yaxşı bir ölkəyə çevrilib və heç kim deyə bilməz ki, bu belə deyil.



Tural Tağıyev
AzVision.az

Seçilən
48
azvision.az

1Mənbələr