AZ

Rusiya Ukraynanın desant qrupunu məhv etdi: Hamısı qadınlardır

Krasnoarmeysk yaxınlığında artilleriya zərbəsi zamanı rus əsgərləri Ukrayna ordusunun tamamilə qadınlardan ibarət hücum qrupunu məhv edib.

Publika.az xəbər verir ki, bu barədə TASS təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb.

“Ukraynaya məxsus bir qrup hücum qüvvəsi Krasnoarmeysk yaxınlığında məhv edilib. Bizi təəccübləndirən odur ki, bu qrup tamamilə qadınlardan ibarətdir”, - məlumatda deyilir.

Mənbənin məlumatına görə, qadın desant dəstəsinin sayı 10 nəfərə qədər olub. Həmçinin artilleriya zərbəsi və pilotsuz təyyarələrin hücumu zamanı qadınları ön cəbhəyə çatdırmağa çalışan ekipaj məhv edilib.

Seçilən
44
publika.az

1Mənbələr