Fələstinin radikal HƏMAS hərəkatı İsrail hərbçilərinin Qəzza zolağında yenidən hərbi əməliyyatlara başlaması ilə əlaqədar İsraili sərt cavabla təhdid edib...
Poliqon xəbər verir ki, bu barədə hərəkatın Telegram kanalında məlumat verilib.
“Netanyahu daxili böhranlardan özü üçün xilasedici qayıq kimi istifadə etməyə və Qəzzanı məhvetmə müharibəsini bərpa etmək qərarına gəlib”, deyə bəyanatda qeyd edilir.
HƏMAS bildirib ki, İsrailin döyüşə qayıtması məhbusları qurban vermək qərarıdır. Radikallar əlavə ediblər ki, İsrail dövlətinin hərəkətləri ərəb və islam ölkələrindən, eləcə də beynəlxalq ictimaiyyətdən “mülki insanları məhv etmək üçün qəddar müharibəni” dayandırmaq üçün tədbirlər görməyi tələb edirlər.
Qeyd edək ki, 19 yanvar 2025-ci ildə Qəzza zolağında atəşkəs qüvvəyə minib. Atəşkəs 42 gün davam etməli idi. Bu müddət ərzində 33 girov İsrailə qaytarılmalı, yəhudi dövləti isə 1000-ə yaxın fələstinli məhbusu azad etməyə borclu idi. Martın 2-də atəşkəsin birinci mərhələsi başa çatdı, lakin İsrail və HƏMAS ikinci atəşkəs barədə razılığa gələ bilmədilər.
Martın 18-nə keçən gecə İsrail Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, bu addım Fələstin hərəkatının ABŞ-nin atəşkəsi uzatmaq təkliflərini rədd etməsi səbəbindən baş verib.
Poliqon.info