AZ

“İnter Mayami” Messi ilə bağlı bəyanat yaydı: Nə baş verib?

Lionel Messi “Atlanta Yunayted” ilə MLS matçında zədələnib. Görüş Mayami komandasının qələbəsi ilə başa çatıb (2:1), Messi qol vurub.

Publika.az xəbər verir ki, “İnter Mayami”nin mətbuat xidməti 37 yaşlı argentinalı hücumçunun zədəsi ilə bağlı bəyanat yayıb.

“Messi əzələnin vəziyyətini qiymətləndirmək üçün MRT müayinəsindən keçdi. O, “Atlanta” ilə matçda diskomfort yaşadı. Müayinənin nəticələri əlavəedici əzələdə yüngül zədənin olduğunu təsdiqlədi. Onun qarşıdakı oyunlarda iştirak edib-etməyəcəyini hələ bilmirik”, - deyə klubun mətbuat xidməti bildirib.

Xatırladaq ki, Messi zədə səbəbindən millinin 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvay və Braziliyaya qarşı keçiriləcək oyunların siyahısına daxil edilməyib.

Heybət

Seçilən
13
publika.az

1Mənbələr