“ABŞ-ın davamlı dəstəyi olmadan Böyük Britaniya çətin ki, Ukraynaya əhəmiyyətli sayda sülhməramlılar göndərsin”.
Editor.az “The Times” a istinadla bu barədə xəbər verir.
“Ada layiq sülhməramlı qüvvələr ABŞ-a bağlı komanda strukturu tələb edir”, – yayımda deyilir.
Qəzet qeyd edir ki, lazımi komanda strukturu olmadan “zirehli briqadanın illərlə yerləşdirilməsi Britaniyanın 70 min nəfərlik kiçik ordusunu öz hüdudlarına qədər genişləndirəcək.
Times qəzeti də yazır ki, Britaniya ordusunda artilleriya çatışmazlığı kimi bir məsələ ciddi narahatlıq doğurur. Nəşr həmçinin Ukraynada yaradılacaq mümkün sülhməramlı qüvvələrə maliyyə dəstəyinin göstərilməsi məsələsini də narahatedici hesab edir. “The Times” qəzeti İngiltərədə məhdud müraciət edilsə belə, illik xərcin 2 milyard funt sterlinq olacağını təxmin edir.
//Gülnarə Abasova, Editor.az