Bakı.Trend:
Mübaliğəsiz deməliyik ki, tarixin acı sınaqlarına, müxtəlifdövrlərdəki çətinliklərə baxmayaraq, türkmanlar ləyaqətlə öz millikimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıb, yaşadıqlarıölkələrin tərəqqisinə mühüm töhfələr verib, rifahın, əmin-amanlığıntəmin olunmasında yaxından iştirak edib.
Trend xəbərverir ki, bunu bu gün Azərbaycan Respublikası QHT-lərə DövlətDəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətə vətəndaşcəmiyyətlərinin həmrəyliyi" adlı forumunda AzərbaycanRespublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.
O qeyd edib ki, xüsusilə ortaq dəyərlərimiz, güclü milli ruhumuzvə faəl vətəndaş mövqeyində olan insanların həmrəyliyi bu ənənələrimüasir dövrümüzə qədər gətirib çıxarıb.
"Bu konfransın məqsədi də vətəndaş cəmiyyətlərinin həmrəyliyininvacibliyini bir daha diqqətə çatdırmaqdır. Çünki bizə məxsus olanortaq dəyərlər-əsrlər boyu formalaşan ədəbiyyatımız, dastanlarımızvə şifahi xalq yaradıcılığımız bizim böyük sərvətimizdir.
Oğuz Kağan, Dədə Qorqud dastanları, Füzuli poeziyasıTürkmanların mənəvi dünyasını əks etdirir, bugünkü birliyimizintəməlini qoyur. Bu ədəbiyyat təkcə ortaq keçmişimizin göstəricisideyil, həm də ortaq gələcəyimizi işıqlandıran mayakdır", - obildirib.