AZ

Alimlər: Qalın atmosferə malik planetlər ozon yaratmaq üçün qara dəlik şüalarını parçalayır

Dartmut Kolleci və Exeter Universitetinin britaniyalı alimləri aşkar ediblər ki, aktiv qalaktik nüvələrdən (AGN) - qalaktikaların mərkəzlərindəki superkütləli qara dəliklərdən gələn ultrabənövşəyi şüalanma həyata gözlənilməz müsbət təsir göstərə bilər...

 

Poliqon xəbər verir ki, tədqiqat The Astrophysical Journal (TAJ) elmi jurnalında dərc olunub.

Komanda AGN radiasiyasının müxtəlif atmosfer tərkibinə malik planetlərə təsirini öyrənmək üçün kompüter modelləşdirməsindən istifadə edib. Onlar yüksək enerjili radiasiyanın oksigen molekullarını parçaladığını və sonra ozon əmələ gətirən atomları yaratdığını aşkar ediblər. Bu proses təxminən iki milyard il əvvəl günəş radiasiyasının Yerdə ozon təbəqəsinin yaranmasına necə kömək etdiyinə bənzəyir.

Tədqiqatın aparıcı müəllifi Kendall Sippi izah edib: "Həyat atmosferi oksigenlə doldurduqdan sonra radiasiya daha az dağıdıcı və hətta faydalı olur".

Tədqiqatçılar qeyd ediblər ki, atmosferdə oksigen nə qədər çox olarsa, təhlükəli radiasiyanın qarşısını alan ozonun qoruyucu təsiri bir o qədər güclü olar.

Alimlər əlavə ediblər ki, planetimiz Süd Yolunun mərkəzindəki superkütləli qara dəlikdən çox uzaqda yerləşir, ona görə də onun radiasiyası Yerə heç bir şəkildə təsir etməyib.

Tədqiqat bizə başqa qalaktikalarda hansı şəraitin həyatı dəstəkləyə biləcəyini anlamağa kömək edir.

Poliqon.info

Seçilən
8
poliqon.info

1Mənbələr