AZ

Fransa polisi miqrantlar tərəfindən ələ keçirilən teatr binasını belə təmizlədi - ANBAAN KADRLAR

Parisdə polis üç ay əvvəl 400-dən çox evsiz miqrant tərəfindən ələ keçirilən "Gaîte Lyrique" teatrını boşaltmağa çalışır.

BAKU.WS xəbər verir ki, bu barədə fransız jurnalist Anastasiya Rikeza məlumat verib.

"Onlar binaya soxulub oranı ələ keçirdilər, sığınacaq qurdular, miqrantlar dövlətdən onlara ev və sənədlər verilməsini tələb edirlər", - deyə jurnalist qeyd edib.

Nəticədə teatr ictimaiyyətə bağlanmalı olub. Daha sonra polisə konsert zalını zorla boşaltmaq əmri verilib.

Qeyd edək ki, Avropa İttifaqı İkinci Dünya Müharibəsindən sonra ən böyük miqrasiya böhranını yaşayır. Qeyri-qanuni mühacirlərin əksəriyyəti Avropaya Aralıq dənizi vasitəsilə gəlir.

Seçilən
18
far.az

1Mənbələr