Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 29,5 min ton neftbitumu istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 2,6 min ton və ya 8,1% azdır.
Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə 32,1 min tonneft bitumu istehsal edilmişdi.
Bu ilin martın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 15,7 minton təşkil edib.
Eyni zamanda, cari ilin yanvar-fevral aylarında Azərbaycanda37,9 min ton neft koksu istehsal edilib ki, bu da 2024-cü ilin eynidövrü ilə müqayisədə 2,6 min ton və ya 6,4% azdır.
Ötən ilin yanvar-fevral aylarında ölkədə 40,5 min ton neft koksuistehsal edilmişdi.
Cari ilin martın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 20,6 minton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarınınistehsalı sahəsində istehsalın ümumi dəyəri 1029,1 milyon manatolmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,6% artıb.