Bakı. Trend:
Bu il Ramazan ayı və Novruz bayramı eyni aya təsadüf etdiyi üçüninsanların qidalanma vərdişlərinə xüsusi diqqət yetirməsivacibdir.
Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”daSəhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyevsəsləndirib.
Onun sözlərinə görə, xüsusilə şəkərli diabet, hipertoniyadanəziyyət çəkənlər, ürək-damar və mədə-bağırsaq problemləri olanlarbayram süfrələrində və oruc tutarkən sağlam qidalanma prinsiplərinəəməl etməlidirlər:
“Şəkərli diabet xəstələri bayram şirniyyatlarını minimumaendirməli, əsasən təbii şəkər mənbələrinə (məsələn, qoz, badam,xurma) üstünlük verməlidirlər. Səhhətlərində ciddi problemyaranmaması üçün oruc tutmazdan əvvəl mütləq həkim məsləhətialmalıdırlar. İftarda və imsakda kompleks karbohidratlar (tamtaxıllı çörək, qəhvəyi düyü) qəbul etməlidirlər ki, qan şəkəristabil qalsın. Hipertoniya və ürək-damar xəstəliklərindən əziyyətçəkənlər duzlu, yağlı və qızardılmış qidalardan uzaq durmalıdırlar.Bayram süfrəsində az yağlı yeməklərə və qızartma deyil, sobada vəya buxarda bişmiş qidalara üstünlük verilməlidir. Oruc tutarkənkifayət qədər su içmək vacibdir, çünki susuzluq qan təzyiqinindəyişməsinə səbəb ola bilər. İmsakda kaliumla zəngin qidalara(banan, xurma, yaşıl tərəvəzlər) üstünlük vermək təzyiqintənzimlənməsinə kömək edə bilər. Mədə-bağırsaq problemləri olanlarturşuluğu artıran qidalardan (turşular, qazlı içkilər, çox şirin vəya yağlı yeməklər) uzaq durmalıdırlar. İftarda çox yeməkdənçəkinməli, yeməyi az porsiyalarla qəbul etməlidirlər. İmsakda liflivə yumşaq qidalara üstünlük vermək (yulaf, qatıq, banan) mədə üçündaha faydalıdır”.
Mütəxəssis-ekspert qeyd edib ki, bayram süfrəsində çox yeməkdənçəkinmək və yeməkləri kiçik porsiyalarla qəbul etmək vacibdir:
“Oruc tutanlar iftarda birdən-birə çox yemək yeməməli, yeməyə suvə yüngül qidalarla başlamalıdırlar. İmsakda protein və lifləzəngin qidalar qəbul etmək gün ərzində aclıq hissini azalda bilər.Şirniyyat seçimində şəkər tərkibi az olan, qoz-fındıq və meyvələrləhazırlanan alternativlərə üstünlük vermək daha faydalıdır”.
Z.Quliyev sonda bildirib ki, xroniki xəstəliyi olan şəxslərbayram günlərində və Ramazan ayında qidalanmalarını diqqətlətənzimləməli, özlərini narahat hiss etdikləri halda dərhal həkiməmüraciət etməlidirlər.