AZ

Fransa millisi aparıcı hücumçusunu itirib

Bakı, 18 mart, AZƏRTAC

Futbol üzrə Fransa milli komandası ciddi itki ilə üzləşib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın “İnter” komandasında çıxış edən Markus Türam topuğundan zədə alıb. 27 yaşlı hücumçu bu səbəbdən UEFA Millətlər Liqasının pley-off mərhələsində Xorvatiya ilə görüşləri buraxacaq.

Komandalar arasında ilk oyun martın 20-də, cavab görüşü isə 23-də keçiriləcək.

Seçilən
30
3
azertag.az

4Mənbələr