AZ

İki rus korveti Ərəb dənizində təlimlərdə iştirak etmək üçün Karaçi limanına gəlib

Rusiyanın “Rezkiy” və “Rusiya Federasiyasının Qəhrəmanı Aldar Tsıdenjapov” korvetləri Ərəb dənizində PASSEX birgə hərbi dəniz təlimlərində iştirak etmək üçün Pakistanın Karaçi limanına gəlib.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Martın 17-də Rusiya gəmi dəstəsinin komanda heyəti Pakistan Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli zabitləri ilə konfrans və rəsmi görüşlərdə iştirak ediblər. Onlar birgə təlimin təfərrüatlarını müzakirə edib, xatirə hədiyyələri mübadiləsi aparıb və fəxri ziyarətçilərin kitablarına qeydlər yazıblar.

PASSEX manevrləri zamanı iki ölkənin gəmiləri göyərtəli helikopterlərdən istifadə etməklə birgə manevrlər edəcək, rabitə üzrə təlimlər keçirəcəklər. Həmçinin, qarşılıqlı əlaqənin digər elementləri də olacaq.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
59
herbiand.az

1Mənbələr