1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə təmir işləri yekunlaşıb və körpü istismara verilib".
Bu barədə Oxu.Az-a Sumqayıt şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev məlumat verib.

O qeyd edib ki, bu gündən sakinlər körpüdən istifadə edə bilərlər.
Xatırladaq ki, uzunluğu 104 metr olan körpü üç aşırımdan ibarətdir. Körpünün ümumi eni 21.6 metrdir və dörd hərəkət zolağı var.
Əzizə İsmayılova