AZ

ADY-nin xəstəxanaları kimin tabeliyinə keçir?

Azərbaycan Dəmir Yollarının tibb müəssisələri Nazirlər Kabinetinin qərarı ilə ləğv edilir və yenidən qurulması ilə bağlı məsələlər üzərində işlənilir.

“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, bu Bakı şəhəri və digər 7 bölgədə fəaliyyət göstərən dəmiryolu xəstəxanalarına şamil olunur. Belə ki, bu tibb müəssisələri bundan sonra dəmiryoluna deyil, digər müəssisələrin tabeliyində işləyəcəklər.

ADY QSC-nin ictimaiyyətlə əlaqədar şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyevin sözlərinə görə, verilən bu qərara əsasən məqsəd bu müəssisələrin başqa qurumlar tərəfindən idarə olunaraq daha peşəkar xidmət göstərib əhaliyə daha keyfiyyətli səhiyyə xidmətlərini təklif etməkdən ibarətdir.

TƏBİB-dən alınan mlumata görə isə, bu xəstəxanaların hər biri müvafiq olaraq digər tibb müəssisələrinin tərkibinə daxil edilir. TƏBİB-in ictimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilovanın sözlərinə görə, Bakı Dəmiryol xəstəxanası müvafiq olaraq Şəhər Pediatriya xəstəxanasına birləşdirilib. Bundan başqa 1 və 2 saylı Bakı Dəmiryol poliklinikaları TƏBİB-in tabeliyində olan Bakı Baş Səhiyyə Mərkəzinə birləşdirilib.

Eyni zamanda, bölgələrdə olan tibb xəstəxanaları da müvafiq qurumlara birləşdirilib.

Gəncə Dəmiryol xəstəxanası Gəncə Şəhər Birləşmiş Xəstəxanasının, Ələt Dəmiryol xəstəxanası Qaradağ tibb mərkəzinin, İmişli Dəmiryol xəstəxanası İmişli rayon Mərkəzi xəstəxanasının, Hacıqabul Dəmiryol xəstəxanası Hacıqabul rayon Mərkəzi xəstəxanasının, Xaçmaz Dəmiryol xəstəxanası isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərir.

Z. Ədilova onu da əlavə edib ki, hazırda bu sahədə kadrların ixtisaslar üzrə yerləşdirilməsi işləri aparılır.

Müəllif: Türkan_zadə

Seçilən
53
heftelik.az

1Mənbələr