AZ

Pentaqon İranı təhdid etdi: Bütün variantlar masadadır

Pentaqon Yəməndə husilərə qarşı hücumların hədəf əldə olunana qədər davam edəcəyini bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Sean Parnell bildirib.

Parnell ABŞ ordusunun Yəməndə həyata keçirdiyi hücumlar və Trampın İrana qarşı təhdid ifadələri ilə bağlı mühüm açıqlamalar verib.

O, ABŞ-ın husilərə qarşı son hücumlarına diqqət çəkib: "Prezident Donald Tramp, dövlət katibi Pit Heqset və ABŞ rəhbərliyi güc yolu ilə sülh dövrünün geri qayıtdığını bəyan etdilər. Məqsədimizə çatana qədər hədsiz dərəcədə öldürücü güc tətbiq edəcəyik".

Seçilən
37
1
publika.az

1Mənbələr