"Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə təmir işləri yekunlaşıb və körpü istismara verilib".
Ölkə.az xəbər verir ki, bu barədə Oxu.Az-a Sumqayıt şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev məlumat verib.
O qeyd edib ki, bu gündən sakinlər körpüdən istifadə edə bilərlər.
Xatırladaq ki, uzunluğu 104 metr olan körpü üç aşırımdan ibarətdir. Körpünün ümumi eni 21.6 metrdir və dörd hərəkət zolağı var.