Niderland millisinin sabiq futbolçusu Kvinsi Promes İslam dinini qəbul edib.
Msport.az xəbər verir ki, hazərda BƏƏ-də olan 33 yaşlı vinger müsəlmanların onu qəbul etməsi üçün məsciddə şahidlərin gözü qarşısında kəlmeyi-şəhadət oxuyub.
Qeyd edək ki, Promes daha çox öz qalmaqalları ilə tanınır. O, Niderlandda əmisi oğlunu bıçaqlamaq və narkotik qaçaqmalçılığı ittihamı ilə ümumilikdə 7,5 il həbs cəzasına məhkum edilib. Həmin vaxt Rusiyada çıxış edən futbolçu beynəlxalq axtarışa verilib. 2024-cü ilin fevralında isə Dubayda yol qəzasına görə həbs olunub. Daha sonra iş bağlanıb, lakin onun ekstradisiyasını tələb edən Niderland prokurorluğunun tələbi ilə futbolçu barəsində həbs qətimkan tədbiri seçilib. Promes sonradan sərbəst buraxılıb və Birləşmiş Ərəb Əmirliklərinin “Yunayted” klubu ilə müqavilə imzaladı.