“Vətəndaş Müqaviləsi Partiyası” partiyasının Gümrüdəki komandası dağılmaq üzrədir”.
KONKRET.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.
Məlumata görə partiyanın komandası nə qədər güclü olduğunu göstərməyə çalışsa da, əslində hər gün sıraları seyrəlir və dağılmaq təhlükəsi ilə üz-üzədir.
“PR məsələsi ilə bağlı komanda daxilində narazılıq daha da kəskinləşir. Bəzi partiya üzvləri deyirlər ki, xüsusilə qarşısıalınmaz “azadlığı” parlamentin deputatı Karen Saruxanyan törədib. O, etiraz əlaməti olaraq kampaniyada iştirak etməyəcəyini açıqlayıb. O, açıq şəkildə “Mən oyunu tərk etdim” deyə prosesdən uzaqlaşıb.
Müşviq Tofiqoğlu
KONKRET.az