Bakı. Trend:
Milli Məclis “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərinhökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıqSazişi”ni ratifikasiya edib.
Trend xəbərverir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasındamüzakirə edilib.
“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləriarasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiqedilməsi haqqında qanun layihəsi səsə qoyularaq biroxunuşda təsdiqlənib.
Məlumat üçün bildirək ki, rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıqSazişi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasındarəqəmsal iqtisadiyyat və elektron ticarət sahəsində əməkdaşlığıgücləndirmək məqsədilə imzalanmış beynəlxalq sənəddir. Saziş 6noyabr 2024-cü il tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərindəkeçirilən TDT-nin 11-ci Zirvə Görüşündə imzalanıb. Sənədintərəfləri TDT-nin bütün üzv dövlətləridir - Azərbaycan, Qazaxıstan,Qırğızıstan, Türkiyə və Özbəkistan hökumətləri.
Sazişin məqsədi üzv ölkələr arasında rəqəmsal iqtisadiyyatıinkişaf etdirmək, elektron ticarət və rəqəmsal xidmətləriasanlaşdırmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək vəbiznes mühiti üçün daha əlverişli şərait yaratmaqdır. Ümumilikdəsaziş türk dünyasında rəqəmsal inteqrasiyanı artırmaq və texnolojiəməkdaşlığı genişləndirmək üçün strateji bir addımdır.
Saziş çərçivəsində tərəflər aşağıdakı istiqamətlər üzrəəməkdaşlıq etməyi öhdəsinə götürürlər:
- Elektron ticarətin inkişafı - Üzv dövlətlər arasında rəqəmsalticarətin genişləndirilməsi, elektron bazarların yaradılması vəe-ticaret sahəsində tənzimləyici çərçivənin uyğunlaşdırılması;
- Gömrük və logistika - Sərhədlərarası ticarət proseslərininsürətləndirilməsi, ekspres yük daşımalarının asanlaşdınıması vərəqəmsal ticarət üçün gömrük prosedurlarınınoptimallaşdırılması;
- Maliyyə texnologiyaları və rəqəmsal ödənişlər - FinTechsahəsində əməkdaşlıq, elektron ödəniş sistemlərinin inteqrasiyasıvə yeni rəqəmsal maliyyə xidmətlərinin inkişaf etdirilməsi;
- Kiçik və orta biznesin dəstəklənməsi - KOB-ların rəqəmsalbazara çıxışını asanlaşdırmaq, onların onlayn ticarət imkanlarınıgenişləndirmək və bizneslərin rəqəmsallaşmasınısürətləndirmək;
- İstehlakçı hüquqlarının qorunması - Elektron ticarət sahəsindəistehlakçıların hüquqlanını müdafiə etmək, fırıldaqçılığın vəyalançı reklamlaın qarşısını almaq, istehlakçı məlumatlannınqorunmasını təmin etmək;
- Kibertəhlükəsizlik və məlumat mübadiləsi - Rəqəmsalinfrastrukturun təhlükəsizliyini artırmaq, kibertəhlükəsizliksahəsində əməkdaşlığı genişləndirmək və məlumatlann qorunması üçünortaq standartlar müəyyənləşdirmək;
- Elektron imzalar və hüquqi uyğunlaşma - Rəqəmsal sənədlərin vəelektron imzaların üzv dövlətlər arasında qarşılıqlı tanınmasınıtəmin etmək və hüquqi bazanı uyğunlaşdırmaq.