AZ

Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 187,6 milyonmanatlıq tikinti materialları istehsal edilib.

Trend bu barədəDövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə13,7 milyon manat və ya 7,9% çoxdur. Belə ki, ötən ilin ilk ikiayında Azərbaycanda 173,9 milyon manatlıq tikinti materiallarıistehsal olunub.

Bəhs olunan dövr ərzində gips məmulatlarının istehsalı 11,9%,tikinti şüşəsinin istehsalı 13%, asfalt istehsalı isə 27,5%azalıb.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanda tikintimateriallarının istehsalı sahəsində ümumi dəyəri 1,4 milyard manatolmaqla, əvvəlki illə müqayisədə 16,9% çox məhsul isteshsaledilib.

Seçilən
62
1
az.trend.az

2Mənbələr