"Umico"nun Müştəri Xidmətləri və Marketplace Əməliyyatları üzrə Rəhbər vəzifəsinə yeni təyinat olub.
Valyuta.az xəbər verir ki, bu vəzifə Ramin İsmayılova həvalə edilib.
O, buna qədər "Wolt"da dəstək xidmətinin rəhbəri vəzifəsində çalışıb. Həmçinin, bildir.az platformasının həmtəsisçisidir.
Bundan başqa Ramin İsmayılov 2018-ci ildən 2021-ci ilə qədər “Azercell Telekom” MMC-də Əlaqə Mərkəzi Rəhbəri vəzifəsində çalışıb.