AZ

Şəkərbura, paxlava - bəzək verir xonşaya: Alınma bayram şirmiyyatları nə dərəcədə keyfiyyətlidir?

 

Şəkərbura, qoğal, paxlava Novruz bayramının atributlarıdır və demək olar ki, əksər evlərdə bu şirniyyatlar mütləq bişirilir. Bəzi insanlar isə bunları özü bişirmək əvəzinə mağazalardan almağa üstünlük verir.

Bəs, mağzalarda satılan bu şirniyyatlat nə dərəcədə təhlükəsizdir?Onların keyfiyyətinə nəzarət edilirmi?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, agentlik tərəfindən hazırlanmış illik plan, eyni zamanda vətəndaşlardan daxil olan müraciətlər və mediada yayılan məlumatlar əsasında yoxlama-nəzarət tədbirləri, monitorinqlər davam etdirilir.

Qurumdan nəzərə çatdırılıb ki, yoxlamalar zamanı vətəndaşlara təqdim edilən qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinə risk əsaslı nəzarət edilir. Məhsullardan nümunələr götürülür, laborator analiz nəticəsi tələblərə cavab verməyən məhsulların dövriyyədən çıxarılması təmin olunur.

"Bununla belə, vətəndaşlarımız qida məhsulları ilə bağlı onları narahat edən hallar olarsa, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng vuraraq və ya “E-Qidam” mobil tətbiqi ilə məlumat verə bilərlər",- AQTA-dan məlumat verilib.

Mina Mikayılova

Seçilən
10
bakivaxti.az

1Mənbələr