AZ

İsrail yenidən HƏMAS-a qarşı hərbi əməliyyatlara başlayır

İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz İsrail Müdafiə Qüvvələrinə Qəzza zolağında HƏMAS-a qarşı “qətiyyətli tədbirlər” görməyə göstəriş verib.

Vətəninfo.az xəbər verir ki , bu barədə İsrailin baş nazirinin dəftərxanası məlumat yayıb. 

Bəyanatda HƏMAS-ın ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Steve Witkoff və digər vasitəçilərdən aldığı bütün təklifləri rədd etdiyi bildirilir.

Netanyahunun ofisinin izah etdiyi kimi, İDF-nin zərbələri Həmas-ın hərbi və inzibati potensialını aradan qaldırmaq və girovların geri qaytarılmasını təmin etmək məqsədi daşıyır. 

“İsrail bundan sonra artan hərbi gücü ilə HƏMAS-a qarşı hərəkətə keçəcək”, – deyə ofis bildirib. 

Axios-un məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, İsrail Fələstinin HƏMAS hərəkatına qarşı hərbi əməliyyatları bərpa etmək planları barədə ABŞ prezidenti Donald Tramp administrasiyasına əvvəlcədən xəbərdarlıq edib. 

Published by Armenpress, original at https://armenpress.am/hy/article/1214705

Seçilən
14
veteninfo.az

1Mənbələr