AZ

Maka Bocorişvili: “Qara dənizi Avropa İttifaqı ilə birləşdirən körpüyə çevirməyə çalışırıq”

Yazını böyüt
Yazını kiçilt

“Gürcüstan davamlı olaraq Qara dənizi Avropa İttifaqı ilə birləşdirici körpüyə çevirməyə çalışırdı, bu gün bu məqsədə çatmaq üçün real imkanlarımız var”.

Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Dehlidə “Raisina Dialogue 2025” beynəlxalq konfransı çərçivəsində keçirilən “Rəqabət və əməkdaşlıq – təhlükəsiz gələcək naminə” panel müzakirəsində çıxışı zamanı bildirib.

“Gürcüstan uzun müddət boyunca davamlı olaraq Qara dənizi Avropa İttifaqı ilə ayırıcı səddə yox, birləşdirici körpüyə çevirməyə çalışırdı. Bu gün bu məqsədə çatmaq üçün real imkanlarımız var, lakin bu, aktiv iş və investisiyalar tələb edir. Biz birlikdə Avropa İttifaqına, Avropaya fayda verəcək irimiqyaslı layihələr həyata keçirə bilərik. Biz özümüzü Avropanın bir hissəsi hesab edirik və buna görə də Avropanın təhlükəsizlik məsələləri bizi birbaşa maraqlandırır. Bu kontekstdə, Şərq istiqamətində mövcud olan və bütün Avropa regionuna fayda verəcək nəhəng potensialı nəzərə almağımız vacibdir”, - Maka Bocorişvili qeyd edib.

Seçilən
41
hafta.az

1Mənbələr