AZ

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə biləşdirən körpü istifadəyə verilib

Bakı. Trend:

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi iləbirləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti vəSamur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisihaqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğunolaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindənaparılan tikinti işləri yekunlaşdırılıb.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları DövlətAgentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

O bildirib ki, mühüm əhəmiyyətə malik körpü bu gün vətəndaşlarınistifadəsinə verilib.

Keçidin istifadəyə verilməsi mərasimində Azərbaycan AvtomobilYolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinləri ƏvəzQocayev və Hüsnü Quliyev, Sumqayıt şəhər İcra Hakimiyyətininbaşçısı Zakir Fərəcov və agentliyin əməkdaşları iştirakediblər.

Sözügedən örpünün tikintisinə 2024-cü ilin dekabr ayındabaşlanılıb və 3 ay müddətində tikinti işləri tamamilə başaçatdırılıb. İnşa işləri hərəkət intensivliyi və yolun stratejiəhəmiyyəti nəzərə alınaraq, fəsilə verilmədən və hava şəraitindənasılı olmayaraq sürətlə və yüksək keyfiyyətlə aparılıb. Nəticədəkörpü Novruz bayramı ərəfəsində vətəndaşların istifadəsinəverilib.

Bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub. Lakingələcəkdə hərəkət intensivliyinə uyğun olaraq mövcud yolungenişləndirilməsi baş verərsə körpünün həmin infrastruktura uyğunolması şərtdir ki, bu da layihə zamanı öncədən nəzərə alınıb. Beləki, 3 aşırımdan ibarət olan körpü, 4 hərəkət zolağından ibarətdir.Körpü 104 metr uzunluğunda və 21.6 metr enində inşa olunub.Həmçinin, körpünün sağ və sol hissələrində piyada səkiləri dətikilib.

Körpü 4 dayaq üzərində inşa edilib və orta dayaqlarda 1.5 metrdiametrli 6 sütun yerləşir. Ümumilikdə körpü 12 sütundan ibarətolub, hər dayaq iki cərgəli svaylar üzərində qurulub. Svaylarınuzunluğu 14 metr, diametri isə 1 metrdir və ümumilikdə 80 svaydanistifadə olunub.

Yeni körpü, Sumqayıt şəhəri ilə Saray qəsəbəsi arasındakınəqliyyatın sürətini və təhlükəsizliyini artıracaq. Körpününistifadəyə verilməsi körpüdən istifadə edən vətəndaşlar üçün mühümrahatlıq yaradacaq, eyni zamanda komfortlu və asan nəqliyyatşəraitini təmin edəcək. Körpü hərəkət intensivliyinin yüksək olduğuvə strateji əhəmiyyət kəsb edən yolun daha effektiv istifadəsinəimkan verəcək.

Məqalədə:
Seçilən
32
15
az.trend.az

10Mənbələr