AZ

Aİ Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması imkanını nəzərdən keçirir

Böyük Britaniya və Avropa İttifaqı Ukrayna üzrə gözlənilən sülh danışıqları ərəfəsində Rusiyaya maliyyə təzyiqini artırmağı düşünür.

Musavat.com Bloomberg-ə istinadla xəbər verir ki, gündəmdə Rusiyanın aktivlərinin müsadirə edilməsi və Avropada müdafiə xərclərinin artırılmasının müzakirəsi var.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas arasında görüş Londonda baş tutacaq. Xarici İşlər Nazirliyinin bəyanatına görə, tərəflər Aİ-nin müdafiə proqramları üçün maliyyənin artırılması və Avropa silahlı qüvvələrinin döyüş hazırlığının artırılması təşəbbüsünü müzakirə edəcəklər.

Əsas məsələlərdən biri Rusiyanın Aİ-də dondurulmuş milyardlarla aktivlərinin mümkün müsadirəsi üçün hüquqi mexanizmlərin axtarışı olacaq. Lakin Bloomberg-in məlumatına görə, bu proses beynəlxalq hüququn pozulmasından və avro üçün mümkün nəticələrdən ehtiyat edən bir sıra ölkələrin, o cümlədən Belçika və Almaniyanın müqaviməti ilə üzləşə bilər.

Bu məsələlərlə bağlı yekun qərarlar hələ qəbul edilməyib, lakin diplomatlar danışıqların Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyasətinin müzakirəsinə yeni təkan verə biləcəyini gözləyirlər.

Seçilən
22
turanpress.com

1Mənbələr