ABŞ-də iki yaşlı uşaq silahla əkizini güllələyib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Corciya ştatında baş verib. Uşağın silahı necə əldə etdiyi hələlik məlum deyil. Məlumata görə, o, oyun zamanı qardaşını vurub.
Hadisədən sonra azyaşlı helikopterlə xəstəxanaya çatdırılıb, onun vəziyyəti stabil olaraq qiymətləndirilir.
Polis atışmanın təsadüfən və ya qəsdən törədildiyini açıqlamayıb.
Seymur Əli