2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 47,8 faiz artaraq 1,34 milyard dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan MDB ölkələrinə ixrac: 231,4 milyon dollar (+3,6 faiz)
MDB ölkələrindən Azərbaycana idxal: 1,11 milyard dollar (+62,3 faiz)
Cari ilin ilk iki ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 15,1 faiz təşkil edib ki, bu da bir il öncəki dövrün göstəricisindən 2,52 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi