Messi ötən gün yaşanan hadisəylə bağlı gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, "Atlanta" ilə oynanan matçda argentinalı paltardəyişmə otağından meydançaya daxil olarkən bir azarke ona "Barselona"nın forması atıb. Lakin Messi formanın yerə düşdüyünü görmədən onun üzərinə basaraq yoluna davam edib.
Bu görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bəzi azarkeşlər bunun təsadüf olduğunu desə də, digərləri Messinin keçmiş klubuna hörmətsizlik etdiyini iddia edir. Onun geri dönüb formanı götürməməsinə qəzəbləniblər. Sosial mediada “Kristiano Ronaldo bunu heç vaxt etməzdi” tipli paylaşımlar da diqqət çəkib.
Həmin görüntüləri sizə təqdim edirik: