“Neftçi” rəhbərliyi “Səbail” üzərində qazanılan qələbəyə biganə qalmayıb.
İdmanxeber.az-a verilən məlumata görə, oyunçular bu qalibiyyət üçün mükafatlandırılıb. Rəhbərlik qələbəyə görə hər futbolçuya 1000 manat “premya” ödəyib.
Xatırladaq ki, “ağ-qaralar” ötən tur “Səbail”i səfərdə 2:1 hesabı ilə məğlub etmişdi.