Xırdalan şəhərində yolu keçən piyadalar həyəcanlı anlar yaşadıblar. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, piyadalara qırmızı işıq yanan zaman, qadın və yanında olan iki azyaşlı uşağı avtomobillərin arasından yola qaçaraq qarşı tərəfə keçməyə çalışıb. Bu zaman sağdan gələn sürücünün qəfildən önünə çıxaraq həm öz həyatlarını, həm də sürücünün həyatını təhlükə altında qoyub. Onlar son anda dayanaraq baş verə biləcək bədbəxt hadisədən yayınıblar.
Fərid