AZ

İstehlakçıların bu hüquqları genişləndirilir

Bakı. Trend:

İstehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququgenişləndirilir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan “İstehlakçıların hüquqlarının müdafiəsihaqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Təklif edilən dəyişikliklə, istehsalının (satışının)lisenziyalaşdırılması, sertifikat-laşdırılması üçün məcburi tələbolan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklamedilə biləcək.

Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi,verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.

Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatlarıngöstərilməsi mümkün olmadıqda müvafiq lisenziyanın və (və ya)sertifikatın olması barədə məlumat verilməli və reklamistehlakçısının müvafiq məlumatla tanış olması üçün şəraityaradılmalıdır.

Mövcud qanunvericiliyə əsasən, istehsalı (satışı)lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiqtəsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamdalisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verənorqanın adı göstərilməlidir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.

Seçilən
22
3
az.trend.az

9Mənbələr