Bakı. Trend:
Şərabçılıq məhsullarının reklamına dair qaydalar dəyişir.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan “Üzümçülük və şərabçılıq haqqında” Qanunatəklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisirəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü 5%-dən yuxarı olan şərabçılıq məhsullarının reklamınıyerləşdirə bilməyəcək.
Bundan əlavə “Reklam haqqında” Qanuna təklif edilən dəyişikliyəəsasən, rəqəmsal platforma təsirçisi rəqəmsal platformadayerləşdirilən materiallarda tündlüyü 5 %-dən yuxarı olanalkoqollu içkilərin reklamını yerləşdirə bilməyəcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.