AZ

Sosial media plastik əməliyyata marağı artırır? - Filtrlənmiş "gözəllərin" dövrü

Sosial media plastik əməliyyata marağı artırır? -

Sosial medianın təsiri getdikcə artır və bu, insanların öz görünüşlərinə münasibətini dəyişir. Bir çox insan süzgəcdən keçirilmiş və fotoşopla düzəldilmiş fotolardakı görüntüsünü real həyatda əldə etmək istəyir. Bu tendensiya plastik əməliyyatlara olan marağı artırır və psixoloji problemlərə səbəb ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, sosial mediada tez-tez idealizə edilmiş gözəllik standartları nümayiş etdirilir. İnsanlar bu görüntülərə aludə olaraq reallıqdan uzaqlaşırlar. Onlar öz fotolarını müxtəlif filtrlərlə düzəltdikcə, getdikcə həmin görüntünü qəbul edir və real həyatda da belə görünmək istəyirlər.

Mütəxəssislər bildirir ki, bu cür təsirlər insanın özünə inamını azalda bilər. İnsanlar sosial şəbəkələrdə paylaşdıqları fotolarla özlərini müqayisə etdikdə, bəzən plastik əməliyyatlara müraciət edirlər. Ancaq süni gözəllik anlayışı ilə reallıq arasındakı fərqi anlamaq vacibdir.

Plastik əməliyyatlar şəxsi istəklərə əsaslanmalı və fərdin orijinal görünüşünü qoruyaraq kiçik düzəlişlər etməlidir. Əsas məqsəd süni görünüş yaratmaq deyil, təbii və balanslı nəticələr əldə etmək olmalıdır. Sosial medianın təsiri ilə əməliyyat qərarı vermədən öncə real gözəllik anlayışını qəbul etmək və psixoloji təsirləri nəzərə almaq lazımdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
5
e-saglam.az

1Mənbələr