AZ

Qlobal forumlar vacibdir, amma dünyanı hərbi güc formalaşdırır- Elşad Həsənov- ÖZƏL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı "Euronews" televiziyasına müsahibə verib. İlham Əliyev beynəlxalq platformalarda fikir mübadiləsinin və ideyaların toqquşmasının vacibliyini vurğulayıb. O bildirib ki, belə tədbirlər dövlətlərin milli maraqlarını qorumaq və qlobal trendləri düzgün qiymətləndirmək baxımından əhəmiyyətlidir. Azərbaycanın bu cür forumlarda iştirak edərək öz mövqeyini ifadə etməsi mühüm strateji addımdır.

Politoloq Elşad Həsənov Olaylar.az-a açıqlamasında bildirib ki, qlobal forumlar vacibdir, amma dünyanı hərbi güc formalaşdırır: 

"Qlobal forumlar, beynəlxalq müzakirələr doğrudan da dünya siyasətinə təsir edir, fikirlər dəyişir, reallıqlar aydınlaşır. Bu mənada böyük əhəmiyyəti var. Ancaq  Rusiya-Ukrayna müharibəsi başlayandan dünya nizamı tamamilə dəyişdi, forumların, siyasətin, diplomatiyanın önəmi arxa fona keçdi. Son zamanlar dünya nizamının yenidən qurulması dövründə əsas güc gücün gücüdür. Siyasətin, diplomatiyanın , məntiqin gücü yox, hərbi güclə məsələlər həll edilir. Bu səbəbdən də Rusiya Ukraynaya qarşı işğal siyasəti apardı, bir sıra şəhər və rayonlarını işğal etdi. Bu vəziyyətə beynəlxalq ictimaiyyət tərs baxır. Dünyanın ən böyük təşkilatı olan BMT bu məsələlərə müdaxilə etmək istəsə də, bu alınmadı. Təşkilatın o qədər gücü yoxdur ki,  bu müharibəni dayandırsın. Bəyanatları heç bir işə yaramadı. Çünki gücə qarşı daha çox güc lazımdır. Bu gün reallıq onu göstərir ki, böyük dövlətlər daha da gücləndiyinə görə, onlar heç nəyə fikir vermirlər. Belə bir vəziyyətdə  ABŞ başa düşür ki, bu gücün sonu  daha ağır nəticələrə səbəb ola bilər. Əgər nüvə müharibəsi başlayarsa, dünyanın sonu gələ bilər. O dövlət güclüdür ki, onun güclü hərbi potensialı var. Bu gün super güc dünyada ABŞ, Çin və Rusiyadır. Hətta Avropa İttifaqı kimi böyük birlik öz gücünü göstərə bilmir. 3 ildən çoxdur ki, Rusiya-Ukrayna müharibəsində ABŞ  və Avropa başda olmaqla dünyanın 54 ölkəsi Ukraynaya dəstək göstərdi. Amma təəssüf ki,  Ukrayna torpaqlarını azad edə bilmədi. Çünki Rusiyanın gücü, apardığı hərbi münaqişə onları daha da gücləndirdi. 
Qlobal Forumlar, beynəlxalq müzakirələr lazımdır, vacibdir. Bugünkü reallıq odur ki, hərbi güc daha vacibdir. Siyasi məsələnin həll olunmasında ən vacib üsul hərbi gücdür. Azərbaycan da hərbi gücü ilə torpaqlarını azad etdi.  Bu gün bizə nüfuz qazandıran məhz  hərbi gücümüzdür".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr