AZ

Qalmaqallı futbolçu İslam dinini qəbul etdi

Niderland millisinin sabiq futbolçusu Kvinsi Promes İslam dinini qəbul edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı hücumçu digər müsəlmanların onu qəbul etməsi üçün məsciddə kəlmeyi-şəhadət oxuyub.

Promes Niderlanda müxtəlif cinayətlərdə ittiham olunaraq ümumilikdə 7,5 il həbs cəzasına məhkum edilib. Daha sonra o, 2024-cü ilin fevral ayında Dubayda törətdiyi yol qəzasına görə həbs olunub. Oyunçu sərbəst buraxıldıqdan sonra Birləşmiş Ərəb Əmirliklərinin “Yunayted” klubu ilə müqavilə imzalayıb.

Seçilən
11
unikal.az

1Mənbələr