AZ

Tikinti sektoruna investisiya qoyuluşu 17% azalıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti sahəsindəəsas kapitala 433,9 milyon manat investisiya yönəldilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 89,5 milyon manat və ya 17,1% azdır.

Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə tikintisahəsində əsas kapitala 523,4 milyon manat investisiyayönəldilmişdi.

Bu sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekundaxüsusi çəkisi 21,6%-ə bərabər olub.

Seçilən
135
4
az.trend.az

8Mənbələr