Azərbaycanın aerobika yığması Portuqaliyaya yollanıb.
İdman.biz xəbər verir ki, gimnastlarımız Kantanhededa şəhərində Dünya kubokunun ilk mərhələsinə qatılacaqlar.
Komandamızın heyətində qarışıq cütlüklər arasında dünya çempionatının gümüş mükafatçıları Vladimir Dolmatov və Mədinə Mustafayeva, həmçinin Sara Əlixanlı, Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyeva yer alıblar.
Aerobika ustaları trio, qrup, qarışıq cütlük və fərdi yarışlarda çıxış edəcəklər.
Mövsümün ilk Dünya kubokunda 11 ölkənin təmsilçiləri çıxış edəcəklər.
Qeyd edək ki, yarış martın 21-23-də baş tutacaq. Komandamız burada, həmçinin “Cantanhede International Open” turnirinə də qatılacaq.
İdman.biz