Bakı, 18 mart, AZƏRTAC
Bugünkü forum Türk dünyası üçün çox önəmlidir. Çünki tədbir İraq, Suriya türkmanlarını bir araya gətirib. Həyata keçirdiyimiz bu fəaliyyətlər tarixdən gələn mədəniyyətimizin bir olmağının göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakıda keçirilən "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda iştirak edən İraq parlamentinin deputatı Ərşad Rəşad Salehi söyləyib.
O bildirib ki, azərbaycanlıların başına gətirilən faciələr İraq türkmanlarının da yaşadığı acı, oxşar taledir.
Ərşad Rəşad Salehi deyib: “Azərbaycan Prezidentinin yürütdüyü siyasət Türk dünyasının həmrəyliyinə töhfə verir”.