Memar Elçin Əliyev metroda qatarları idarə edən maşinistlərlə bağlı narazılğını bildirib. Memar bildirib ki, maşinistlər qatarları yol xuliqanları kimi idarə edir.
Tribunainfo.az xəbər verir ki, memarın sözlərinə görə, bu hal bir müddətdir ki, belədir. Əvvəllər isə belə halın şahidi olmayıb:
“Metrodan tez-tez istifadə edən şəhər sakinləri maşinistlərin qatarları şəhər küçələrindəki yol xuliqanları kimi sürdüklərini müşahidə edirl. Eyni kəskin sürətlənmə, eyni kəskin əyləc, qatarın güclü əsməsi…
Sual ondadır ki, qısa bir hissədə, məsələn, “Sahil” – “İçəri-Şəhər” sahəsində, belə böyük sürəti niyə yığırsınız? Daha diqqətli, bərabər, normal şəkildə qatarı idarə etmək olmazmı? Axı sərnişin daşıyırsız.
Məncə, bunun səbəbi tunellərdə dəmiryolçuların davranışlarına nəzarət etməyi heç ağlına belə gətirməyən həm sürücülərin, həm də onların birbaşa rəhbərlərinin ümumi mədəniyyətinin olmamasıdır!
Uzun illərdir ki, dünyanın bir çox ölkəsində metroya minirəm, bu cür halın şahidi olmamışam”.
Nigar