"Times of Israel" xəbər saytınınməlumatınagörə, iclas Nyu-York vaxtı ilə saat 10-da baş tutacaq.
Xatırladaq ki, İsrail Ordusu bu gecə saatlarından başlayaraq Qəzza zolağını yenidən atəşə tutmağa başlayıb. Aviazərbələr nəticəsində 300-dən artıq mülki vətəndaş həyatını itirib. Eyni zamanda, Fələstinin HƏMAS qruplaşmasının bir sıra ali nümayəndəsi: "Baş naziri", "daxili işlər naziri" və başqaları zərərsizləşdiriliblər.
Digər tərəfdən, Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşması İsrailin qəfil hücumuna cavabən bu ölkə ilə əlaqəli gəmilərə Qırmızı və dəniz ətraf sularda daha ağır şəkildə zərbələr endirəcəyinidiqqətə çatdırıb.
Firudin Həmidli
AzVision.az