AZ

Aİ XİN rəhbərləri Ukraynaya yardımla bağlı razılığa gələ bilmədilər


Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Ukraynaya 40 milyard avroluq yardım paketi ilə bağlı razılığa gələ bilməyiblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Aİ-nin xarici siyasət üzrə komissarı Kaya Kallas Aİ Şurasının Brüsseldə keçirilən iclasından sonra açıqlayıb.
Buna baxmayaraq, o, yaxın gələcəkdə irəliləyişə nail olunacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, yeni yardım tranşının ayrılması təşəbbüsü Kallasa məxsusdur.
Mart ayında o, Ukraynaya 20 milyard avro yardım təklif etmiş, lakin bu layihəyə Macarıstan tərəfindən veto qoyulmuşdu.
Buna görə də, layihə martın 6-da Aİ sammitinin yekun bəyanatına daxil edilməyib.
“Euractiv”in məlumatına görə, bundan sonra Avropa İttifaqında Ukraynaya könüllü hərbi yardım fondunun yaradılması təşəbbüsü irəli sürülüb.
Seçilən
27
yeniavaz.com

1Mənbələr